Yaşlı kişinin meyidi mənzilindən tapıldı

22 февраля 2016 09:39 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzinə 75 yaşlı şəhər sakini Yusif Səfərovun yaşadığı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dərhal mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq Gəncə şəhərinin Nizami rayonundakı mənzilin giriş qapısını açıb və içəri daxil olanda Yusif Səfərovun öldüyünü  aşkarlayıblar.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.