Dağıdıcı qasırğada 10 nəfər həyatını itirdi

Day.Az представляет новость на азербайджанском языке

Dağıdıcı "Uinston" qasırğasının Ficiyə çatması nəticəsində 10 nəfər həlak olub.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, həlak olanların sayı arta bilər.

Qasırğanın mərkəzi Ficinin ən böyük adası Viti-Levunun şimalından keçib.

Fici hökuməti fövqəladə vəziyyət və komendant saatı elan edib. Hazırda "Uinston" Ficinin əsas ada arxipelaqından qərb istiqamətində uzaqlaşır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.