Məşhur aktyor vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Toni Berton 78 yaşında dünyasını dəyişib. Day.Az musavat.com-a istinadən bildirir ki, məlumatı "The Wrap" yayıb. 

Onun ən məşhur rolu Rokki Balboa ilə bağlı ilk altı filmdəki məşqçi olub. Toni Berton bu filmlərə Silvestr Stallone və Karl Uezerslə birlikdə çəkilib. Karl Uezers deyib ki, Bertonun istedadının Rokki barədə filmlərin uğurunda töhfəsi var. 

Aktyorun bacısı Loretta Kelli bildirib ki, son bir il ərzində Barton bir neçə dəfə xəstəxanaya düşüb. Lakin onun xəstəliyinin dəqiq diaqnozu tapılmayıb. 

Toni Berton keçmiş idmançıdır. O, Amerika futbolu, beysbol və boksla məşğul olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.