Şahruk Xan Azərbaycana gələcək

Day.Az представляет новость на азербайджанском языке

Bollivud ulduzu Şahruk Xan Bakıya gəlir. 

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda sosial şəbəkədə paylaşdığı bir videoda deyib. 

Şahruk ona ünvanlanan "Niyə Azərbaycana gəlmirsiniz" sualına cavab verib. O, atası ilə bağlı xatirəsini bölüşüb:

"Uşaqlıqdan atamla birlikdə "Atlas" oyununu oynamağı xoşlayırdım. Həmin oyundakı qələbəmdən biri də Azərbaycanla bağlı olub. Bu ölkənin adını da oradan bilirəm. Azərbaycandakı sevənlərimə görə ora mütləq gələcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Şahruk Xan Bakıya gələcək