Xaricdə təhsil alan tələbələrlə bağlı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrə müraciət edib.

Day.Az bildirir ki, DQMK-dan APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən də DQMK-da ödənişsiz təcrübə keçməyə dəvət olunurlar.

Dövlət Komissiyasından bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan və gələcəkdə dövlət qulluğunda çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektoruna müraciət edərək yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçməlidirlər: "Qeydiyyat üçün Azərbaycan dilində ətraflı doldurulmuş tərcümeyi-hal [email protected] elektron ünvanına göndərilməlidir".
 
Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 30 apreldir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.