"Bir-birimizə hörmətsizlik elədik" - VİDEO

1 марта 2016 16:46

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Natavan Həbibi Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən ifaçı özü haqda gəzən söz-söhbətlərdən danışıb: "Nə edirəmsə, düz edirəm. Heç vaxt səhv etmərəm. Mənim addımıma şübhə ilə baxanların özləri sonradan böyük bir səhv eləyirlər. Barəmdəki söz-söhbətlər mənə pis təsir edir. Səviyyəsi, tərbiyəsi, mənliyi olan insan belə hərəkət etməz".

Sənətçi, rəfiqələri Oksana və İlhamə ilə aralarında yaranan soyuqluqdan danışıb: "Hamıya deyirəm ki, bir-birinizə hörmət etməyi bacarın. Bizdə nədən başladı? Bir-birimizə hörmətsizlikdən başladı. Biz Toliklə barışdıq, o qədər adamın sifəti çöndü ki. Dedilər ki, niyə barışdınız? Mən indi bilirəm ki, barışmaq lazımdır. Çünki bizdə şou-biznes qalmaqalı səviyyəsində deyildi söhbət, ciddi məsələ idi".

Tanınmış müğənni Aygün Kazımova ilə aralarında uzun müddətdir davam edən qalmaqal haqda fikirlərini açıqlayıb: "Digərlərinin mənə isti-soyuğu yoxdur. Onun mənim həyatımda heç bir yeri olmadığı üçün önəmsizdir. Biz heç vaxt yaxın olmamışıq. Bir-birimizdən nə qədər uzaq olsaq, sussaq, bir-birimizə dəyməsək, o qədər yaxşıdır". 

İfaçı yeni yaradıcılıq işləri barədə məlumat verib: "Yeni mahnım 2014-cü ildə hazırlanıb, öz bəstəmdir. Öz mahnım olduğuna görə üzə çıxarmağa çəkinirdim. Özümdən başqa heç kimə mahnı yazmaram. Mahnı məsələsində çox qısqanc və paxılam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Natavan: