Polad Alemdarın 3 yaşlı oğlu ilə bağlı planı

Day.Az представляет новость на азербайджанском языке

"Kurtlar Vadisi"ndə canlandırdığı Polad Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz artıq 3 yaşlı oğlu Əli Nadirin gələcəyi ilə bağlı planlarını qurub. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Necati oğlunun da aktyor olmasını istəyir. O, müəyyən yaş həddinə çatdıqdan sonra Əlini xaricə göndərərək orada təhsil almasını təmin edəcək. 

Qeyd edək ki, Necati Şaşmaz 2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə qurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.