Əmanətlərin sığortalanması əmlak bazarına yeni "nəfəs" verəcək

Day.Az представляет новость на азербайджанском языке

Əmanətlərin sığortalanması ilə bağlı qərarın qəbul edilməsi bank sektoru üçün müsbət amildir.

Milli.Az xəbər verir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.

Ekspertin sözlərinə görə, bank sektorundakı problemlər əvvəlki dövrlərdə daşınmaz əmlak bazarını pul vəsaitləri ilə qidalandırırdı. Burada söhbət təkcə əmanətlərdən əmlak bazarına gedən pul vəsaitlərindən getmir: "Məsələn, özəl sektorda formalaşan sərbəst pul vəsaitləri risklərə görə bank sektoruna yox, alternativlər kimi əmlak alışına, "yorğan altına" və digər istiqamətlərə yönəldilirdi. Uzun müddətdir ki, qeyd edirik ki, əmlak bazarında qiymət enməsi tempini azaldan başlıca amil bank sektorundakı durumdur. Bu gün əmanətlərin sığortalanması ilə bağlı qərarın qəbul edilməsi bank sektoru üçün müsbət amildir. Eyni zamanda, depozitlər üzrə hesablanan faizlərin gəlir vergisindən azad edilməsi qərarı da qüvvəyə mindi. Gözlənilir ki, bu addım bank depozitlərinin risk və iqtisadi baxımdan investisiya aləti kimi cəlbediciliyini artıracaq. Nəticənin necə olmasını zaman göstərəcək. Depozitlər və daşınmaz əmlakların investisiya alətləri kimi qarşılıqlı rəqabəti, sözsüz ki, hazırda həlledici rol oynamır. Çünki hazırda bazarda digər amillər də mövcuddur".

Ekspert həmçinin qeyd edib ki, fevral ayında əmlak bazarında aktivlik nisbətən artıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.