"Ural Hava Yolları" Azərbaycana reysləri təxirə saldı

Day.Az представляет новость на азербайджанском языке

"Ural Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-ə təyin olunmuş У62411 Moskva-Gəncə reysini təxirə salıb.

Trend aviaşirkətin məlumatına istinadən xəbər verir ki, təyyarə Moskvadan yerli vaxtla saat 10:00-da uçmalı idi.

Eləcə də əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-də yerli vaxtla saat 08:20-də Moskvadan uçuşu planlaşdırılan У62421 Moskva-Lənkəran reysi də təxirə salınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.