"Cənub Qaz Dəhlizi" nəinki Azərbaycan, dünya üçün çox əhəmiyyətlidir

Day.Az представляет новость на азербайджанском языке

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq: "Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir".

Deputat qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir: "Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb".

T.Rzayev əlavə edib ki, bu layihə Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək: "Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən layihədir. Azərbaycan xalqı uzun perspektivdə bu layihədən bəhrələnəcək".

Deputat vurğulayıb ki, bu layihə eyni zamanda, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir: "Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücəndirilməsində daha maraqlı olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.