Türkiyədə yeni terror təhlükəsi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq edib. Trend Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir.

Kəşfiyyatın əldə etdiyi məlumata görə, "İslam dövləti" terror təşkilatının iki üzvü Suriya qaçqını adı altında Türkiyə sərhədlərini keçib. Qəzetin verdiyi məlumata görə, terror hadisələrinin Türkiyənin cənub-şərqi əyalətlərində nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 17-də Ankarada Parlament binası yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.