Bakı-Sumqayıt yolunda dəhşətli yol qəzası

Day.Az представляет новость на азербайджанском языке

---------
15:24

Daxili İşlər Nazirliyi Xırdalanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 1-də saat 06 radələrində Xırdalan şəhərində Qobu qəsəbə sakini Sahibcan Məlikov idarə etdiyi "VAZ-2106" markalı avtomobili Sumqayıt şəhər sakini Vüqar Hüseynova məxsus, yolun kənarında dayanmış "KamAZ" markalı avtomobilə vurub. Nəticədə S.Məlikovun sərnişini Rəhman Rəhmanzadə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

---------
10:53

Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Day.Az lent.az-a istinadən bildirir ki, Xırdalan dairəsi adlanan yerdə "VAZ 2106" markalı minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində olan 1 nəfər həlak olub. Daha bir nəfər isə xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.