Facebook-da xəyanət edən ərini tutdu

Day.Az представляет новость на азербайджанском языке

"Sənin belə alçaq, yaramaz insan olduğunu bilməzdim. Axı niyə belə etdin?! Sənə nə pisliyim dəymişdi?!"
Gözüyaşlı qadın ərindən cavab gözləyirdi. Ər isə nə deyəcəyini düşündü, sonra özünə bəraət qazanmağa çalışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Aydaho ştatındakı Boysi şəhərində yaşanıb. 25 yaşlı Lesli Uorner ərinin, Kodi Uornerin ona xəyanət etdiyindən şübhələnirdi. 
Ötən həftə isə Leslinin ən yaxın rəfiqəsi Sem ona deyib: "Ərin mənə Facebook-da tanışlıq təklif edir. Subay olduğunu, mənimlə əylənmək istədiyini yazıb".
Leslinin dediyinə görə, ərinin ona xəyanət etdiyini çoxdan bilirdi: "Üç il əvvəl evləndik, qızımız da var. Ərim ötən il xəyanət etməyə başlayıb. Onun məşuqələrinin olduğunu bilirdim, amma əlimdə sübut yoxdu. Kodi Facebook-da Sem-lə "əylənmək" istəyəndə ən yaxın rəfiqəmə təklif ünvanladığını bilmirdi. Semlə danışdıq və plan qurduq".
Plana görə, Sem Kodini evinə dəvət edib.
Evdə onu Semlə bahəm, Lesli də gözləyirdi.
Kodi qapının zəngini çalıb və qapını Sem yox, Lesli açıb.
Arvadını görəndə 26 yaşlı Kodi heyrətdən və qorxudan nə deyəcəyini bilməyib.
"Hə, alçaq, necəsən?! Xəyanət etdiyini sübut etdim. Xəyanətkar olduğunu bilirdim. İndi buyur, danış! Səndən boşanmaq istəyirəm, məhkəməyə gedəcəyəm. Mənə daha kimlərlə xəyanət etdin, yalançı?!"
Kodi özünə bəraət qazanmağa çalışsa da, alınmayıb və o, motosikletinə tərəf gedib.
"Get və evə qayıtma! Səndən boşanıram!" - Lesli onun arxasınca qışqırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Facebook-da xəyanət edən ərini tutdu