"Mənim kimi, ailəm də Azərbaycanda yaşamaqdan məmnundur"

Day.Az представляет новость на азербайджанском языке

"Bakı yeni Dubaydır. Burada hər dəfə yeni bir şey tikilir".

Day.Az APA-ya istinadən bildirir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Hazırda ölkəsində olan xorvatiyalı çalışdırıcı yerli jurnallardan birinə müsahibə verib. Azərbaycandakı yaşayışı ilə bağlı danışan 47 yaşlı məşqçi maraqlı fikirlər səsləndirib.
 
Bakını Dubaya bənzədən Prosineçki ailəsi ilə birlikdə Azərbaycanda xoşbəxt olduğunu və darıxmadığını bildirib: "Bakıya gələndən sonra başa düşürsən ki, dünyanın ən gözəl şəhərlərindən birindəsən. Burada çox şey izləmişəm. Həqiqətən də, Bakıda darıxmıram. Əsl Avropa şəhəridir, hər cür şəraiti - ən yaxşı restoranlar, məktəblər və məhkəmələri var".
 
Təcrübəli çalışdırıcı qızının Bakıda beynəlxalq tələblərə cavab verən məktəbə getdiyini vurğulayıb. O əlavə edib ki, yeni evlərində çox rahatdırlar: "Mənim kimi, ailəm də Azərbaycanda yaşamaqdan məmnundur. Düzdür, həyat yoldaşım bir qədər çətinlik yaşayır. Bu da əksər vaxtlarda evdə tək olması ilə bağlıdır. Digər vaxtlarda, yəni biz yanında olanda isə özünü yaxşı hiss edir. Azərbaycanda bir neçə dostumuz var ki, bu da çox müsbət haldır".
 
Prosineçki söhbət əsnasında Azərbaycanı maraqlı ölkə adlandırıb: "Heç bir problem yaşamırıq. Hər şey qaydasındadır. Azərbaycan maraqlı ölkədir. Bakıda görməli yerlər çoxdur".
 
Qeyd edək ki, Robert Prosineçki millimizi 2014-cü ildən çalışdırır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.