Müəllimlərin işə qəbulu ilə bağlı qaydalar dəyişir

Day.Az представляет новость на азербайджанском языке

Bu il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar nəzərdə tutulub.
 
Day.Az bildirir ki, Təhsil Nazirliyindən lent.az-ın sorğusuna cavab olaraq deyilib ki, bu il müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu üzrə müsabiqələrin tədris ilinin sonunda keçirilməsi planlaşdırılır. Vakansiyaların toplanılması prosesi də tədris ilinin sonunda həyata keçiriləcək.
 
Həmçinin, hazırda müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi ilə əlaqədar təkliflər hazırlanır. Yeni qaydalar təsdiq edildikdən sonra bu haqda əlavə məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.