Mərhum reperin arxivi açılır

Day.Az представляет новость на азербайджанском языке

"Yarımçıq qalan işlərini tamamlamaq istəyirəm..."

Mərhum reper Hüseyn Dəryanın meyxanaçı Namiq Qaraçuxurlu ilə virtual dueti hazırlana bilər.

Day.Az primetime.az-a istinadən bildirir ki, bu barədə Hüseyn Dəryanın keçmiş həyat yoldaşıSona İbadova məlumat verib.  O bildirib ki, sənətçilərin ifa edəcəyi duetin mətni Hüseynin arxivində yer alıb: "Hüseynin yarımçıq qalan işlərini tamamlamaq istəyirəm. Onun sağlığında Namiqlə duet oxumaq fikri var idi və bu dueti yeni albomuna daxil edəcəkdi. Hazırda isə virtual duet hazırlanacaq: rep-meyxana. Duetdə Hüseynin yazdığı və bu günədək heç yerdə yayımlanmayan yeni materiallarından istifadə olunmasını düşünürəm". S.İbadova onu da qeyd edib ki, mahnının şən, ritmik üslubda ərsəyə gəlməsini planlaşdırır: "Onların duetinə klip çəkdirib, geniş şəkildə təqdimat keçirmək fikrim də var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.