Şəmkirdə yaşayış evi yandı: azyaşlı uşaq xəsarət aldı

2 марта 2016 12:15 комментариев

Şəmkir rayonunda yaşayış evində yanğın olub, 3 yaşlı uşaq xəsarət alıb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, martın 1-də saat 12 radələrində Şəmkir şəhərində yaşayan Tofiq Sadıqovun evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan T.Sadıqovun oğlu - 3 yaşlı Nurəddin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.