Elman Rüstəmov üzən məzənnədən

Day.Az представляет новость на азербайджанском языке

----------
13:01

Azərbaycan Mərkəzi Bankı "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarının geri çağrılması ilə əlaqədar öz maraqlarını məhkəmə qaydasında qorumaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib: "Məhkəmə prosesi gedir. Təbii ki, məhkəmədə qəbul edilən qərarı və maraqlarımızı qoriyacağıq".

E.Rüstəmov bankların konsolidasiyası mövzusuna toxunaraq vurğulayıb ki, bu proses hələ başa çatmayıb: "Yeni səhmdarlar yığıncaq keçirəndə o başa çatacaq. Hələ ki, 3 bank konsolidasiya prosesindədir, onlar artıq niyyət protokolu imzalayıblar. Lakin gələcək proses vaxt tələb edir. Əvvəlcə onlar aktivlərin qarşılıqlı qiymətləndirmələrini aparmalıdırlar və s."

X X X

Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib: "Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır".

----------
12:37

Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.