Dünyanın ən varlı qadınlarının

Day.Az представляет новость на азербайджанском языке

Forbes jurnalı dünyanın ən varlı qadınlarının siyahısını dərc edib. 

Aznews.az jurnalın rəsmi saytına istinadən xəbər verir ki, builki siyahıda Forbes mütəxəssisləri varlı qadınların sayını 197-dən 190-a kimi azaldıblar. Nəşriyyatın məlumatına görə, ötənilki siyahıda yer alan milyarder qadınlardan 6-sı vəfat edib, 31-nin var-dövləti isə 1 milyard dollardan aşağı düşüb. 

Yeni siyahıya 36 milyard dollar var-dövlətlə "Loreal" şirkətinin sahibəsi Lilian Betankur başçılıq edir. Reytinq üzrə ikinci yerdə "Wal-Mart Stores" şirkətinin varisi Elis Uolton qərarlaşıb. Onun var-dövləti 32 milyard dollardır. Siyahıda ilk üçlüyü "Mars" şirkətinin varisi Jaklin Mars 23,5 milyard dollarlıq sərvətilə tamamlayır. 

Forbes-un yeni siyahısında 4-cü yerdə 22,1 milyard dollar var-dövlətin sahibəsi olan Mariya Franka Fisola ("Ferrero" şokolad biznesinin varisi) qərarlaşıb. 5-ci pillənin sahibi alman Suzanna Klatten olub. 18,5 milyard dollar var-dövlətə malik olan qadın uzun zaman ərzində anasından gizlin yolla BMW səhmlərini alıb. 

Reytinqdə 6-cı yeri "Apple"ın yaradıcısı Stiv Cobsun həyat yoldaşı Louren Pouell Cobs tutub. Onun var-dövləti 16,7 milyard dollar dəyərində qiymətləndirilir. Siyahıda 7-ci yerdə isə 13,1 milyard dollar sərvətə malik amerikan iş qadını Ebiqeyl Conson qərarlaşıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.