Türkan Şorayın 15 milyonluq "sarayı"

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az bildirir ki, Türkiyənin "Hürriyet" qəzetinin müxbirləri türk kinosunun "Sultan"ı sayılan Türkan Şorayın yaşadığı evdə qonaq olublar. Aktrisa qızı Yağmur Ünal ilə birlikdə bu evdə yaşayır.

Yağmur evi müxbirlərə təqdim edərək açıq rənglərə üstünlük verdiyini deyib. O, mətbəxi göstərərək bildirib ki, yemək bişirməklə arası yaxşı deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl aktrisanın bu evi 15 milyon türk lirəsinə (təxminən 8 milyon manat) satması barəsində xəbərlər yayılmışdı.

Milli.Az fotoları təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.