Azərbaycan qırıcılarını havaya qaldırır

Day.Az представляет новость на азербайджанском языке

"TurAz Qartalları" yenidən bir arada.

Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təlimləri keçiriləcək. Bu dəfə türk və azərbaycanlı şahinlər Türkiyənin Konya şəhərində bir araya gələcəklər. 

Bu ilin ilk təlimləri mart ayının 7-də başlayacaq.  Təlimlər öncə Türkiyə, sonra isə Azərbaycanda keçirilir. 

Təlimlərin mart ayının 26-dək davam edəcəyi bildirilir. Burada Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Miq-29" və "Su-25" tipli təyyarələr qatılacaq. Ötən ildən fərqli olaraq bu il Azərbaycan "Mi-17" helikopterərini Konyaya aparmayacaq. 

Türk Hava Qüvvələri isə təlimlərə həm "F-16", həm də "F-4E 2020" terminator təyyarələri, "Cougar AS532" axtarış-xilasetmə helikopterləri ilə yer alacaq. 

Axırıncı dəfə "TurAz Qartalı - 2015" birgə taktiki təlimləri ötən ilin sentyabr ayında baş tutub. Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.