Erməni diasporu Sarkisyanı silkələyir

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Ermənilər İttifaqının sədri, multimilyonçu Ara Abramyan Ermənistanda yeni partiya yaratmaq istəyir. Lakin o, erməni diaspor təşkilatları ilə Ermənistan prezidenti Serj Sarkisyan arasındakı münasibətlərə yaxşı bələd olduğundan tələsmir.

Milli.Az "Joxovurd"a istinadən bildirir ki, S.Sarkisyan erməni diasporunun ən nüfuzlu təşkilatlarının, xüsusilə də ABŞ, Rusiya və Fransadakı strukturların "xahiş"lərini nəzərə almayaraq siyasətini diasporla uyğunlaşdırmaq istəmir. Üstəlik, o, diasporun ölkəyə yolladığı pullardan yalnız öz məqsədləri, daha doğrusu, hakimiyyətini möhkəmləndirmək üçün istifadə edir. Bu səbəbdən də artıq üç ildir ki, erməni diaspor təşkilatları ilə S.Sarkisyan hakimiyyəti arasındakı münasibətlər həddən ziyadə gərgindir.
Fəqət, diaspor sakitləşmək və Sarkisyanı "rahat buraxmaq" niyyətində deyil.
2017-ci ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşan diaspor təşkilatları ən azı üç müxalifət partiyasına maliyyə yardımları ayırmağa hazırlaşır. Bundan başqa, yeni partiyanın yaradılması da gözlənilir.
Bu səbəbdən də Ara Abramyan təkbaşına hərəkət etməkdən çəkinərək ABŞ-dakı diaspor təşkilatları ilə məsləhətləşmələrə başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.