Ermənistanda silkələnmə davam edir:

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda 2008-ci ilin martın 1-də baş vermiş qanlı hadisələrdən 8 il keçir. Həmin gün prezident seçkilərindəki kütləvi saxtakarlıqlara və Serj Sarkisyanın "qələbə"sinin qanunsuzluqla təmin olunmasına etiraz edən on minlərlə erməni Yerevan küçələrinə çıxaraq etiraz aksiyası keçirmişdilər.
Ordu və polis nümayiş iştirakçılarına atəş açmış, 10 nəfər həlak olmuşdu.
Dünən Yerevanda 1 mart qurbanları anılıb.
Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, 2008-ci ilin martın 1-də polisin atəş açaraq qətlə yetirdiyi Armen Farmanyanın atası Vaçaqan Farmanyanın dediyinə görə, oğlunun qatilləri hələ də cəzalarını almayıblar.
"Hakimiyyət deyir ki, martın 1-dəki hadisələrlə bağlı cinayət işi başa çatıb. Oğlumun qatili bu hakimiyyətdir. Qatillər yalnız o zaman cəzalarını alacaqlar ki, indiki hakimiyyət dinc yolla dəyişsin. Buna ümid edirik", - V.Farmanyan deyib.
2008-ci ilin martın 1-də güllələnmiş Qor Kloyanın atası Sarkis Kloyan qəzəbli danışıb: "Oğlumu bu hakimiyyət güllələdi. Qatillərin cəzalanmasını, haqq-ədalətin yerini tapacağını gözləmirik. Bəyəm qatil özünə cəza verər? Yalnız hakimiyyət dəyişikliyini gözləyirik. Sarkisyanın hakimiyyəti isə yalnız o zaman dıəyişəcək ki, indiki kimi Ermənistanda adamların çoxu yox, hamısı aclıq içində olsun. Bax, ermənilər onda ayağa qalxacaq və Sarkisyanı rədd edəcəklər. Əminəm ki, bu hadisə tezliklə olacaq. Çünki millət acdır, işsizdir, səfildir. Avropa İnsan Haqları Məhkəməsinə də ümidim yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.