Nazəninin nəvəsi canlı yayımda ona belə sürpriz etdi

Day.Az представляет новость на азербайджанском языке

Nəvəsi Qəhrəman canlı yayımda müğənni Nazəninə sürpriz edib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Bizimləsən" verilişində nəvəsini hər zaman mediadan gizlətdiyini deyib:

"O mənim nəfəsimdir, bizim ağıllı balamızdır. Onu hamıdan gizlətmişəm, qorumuşam. Köməkçilərimə də tapşırmışam ki, heç vaxt onun şəkillərini yayımlamayın. Qızımın övladıdır. Nəvəmdir, amma mənə nənə demir. Mənə "mama" deyir. Cənub zonasının qızları tez ailə qururlar. Qızım da tez ərə gedib. Nəvəmin müğənni olmasına icazə verməyəcəm. Başım ağrıyanda deyirdi ki, "Böyüyəndə həkim olacam, qoymayacam sən xəstələnəsən". Onun cərrah olmasını istəyirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanlı müğənninin hamıdan gizlətdiyi nəvəsi