Mərkəzi Bank kapitalını 50 dəfə artırdı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Mərkəzi Bankı artıq öz kapitalını 500 milyon manat səviyyəsində formalaşdırıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna müvafiq dəyişikliklər ötən il edilib.

Artırılmayadək Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manat idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.