Avtobusda qadının çantasına girmək istəyən şəxs tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda oğurluq etməyə cəhd göstərmiş Cəlilabad sakini tutulub.

Day.Az DİN-ə istinadən bildirir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevral ayının 29-da 20 saylı xətt avtobusunda Abşeron rayon sakini Sevinc Talıbovanın cibindən oğurluq etməyə cəhd göstərmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Babayev tutulub. Ondan 0,215 qram heroin götürülüb.
 
Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.