70 terrorçu öldürüldü:

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstanın Fəryab əyalətinin Pəştun Kot rayonu və Hoca Namus bölgəsində keçirilən antiterror əməliyyatları nəticəsində 70 terrorçu zərərsizləşdirilib.

Day.Az report-a istinadən bildirir ki, bunu Əfqanıstan Milli Ordusu Birinci Briqada komandanı general Sahidad Keptan "Anadolu" agentliyinə bildirib.
Onun sözlərinə görə, bu əməliyyatlar bir neçə gündür davam edir.
Əfqanıstan prezidentinin müavini general Rəşid Dostumun rəhbərlik etdiyi bu antiterror əməliyyatı nəticəsində "Taliban"ın 70 silahlısının öldürülməsi ilə yanaşı, 50 silahlı da yaralanıb.

Sahidad Keptan bildirib ki, zərərsizləşdirilənlər arasında "Taliban"ın bölgədəki nüfuzlu liderləri də olub.

Terrorçu hərəkatın sözçüsü Zabibullah Mücahit isə atışma nəticəsində çoxlu sayda hərbçinin həyatını itirdiyini, general Dostuma ən yaxın 5 komandirin isə yaralandığnı iddia edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
70 terrorçu öldürüldü: xeyli yaralı var