Nadir Qafarzadə: “İlhamə xanımın bu mirasına göz dikmişəm”

Day.Az представляет новость на азербайджанском языке

Nadir Qafarzadə İlhamə Quliyevanın mirasına göz dikib.

Müğənni Nadir Qafarzadə mərhum xalq artisti İlhamə Quliyeva ilə virtual duet ifa edib. 

Bu barədə Day.Az-a açıqlama verən ifaçı bildirib ki, xalq artistinin illər öncə ifa etdiyi "Unuda bilməzsən" adlı bəstəni lentə aldırıb: "İlhamə xanım dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Düşünürəm ki, bu yuxudur. Vəfat etməmişdən qabaq telefonda danışmışdıq, məni evinə dəvət etmişdi. Duet ifa etməyi də planlaşdırmışdıq. Amma əcəl imkan vermədi. Qismətdə dünyasını dəyişəndən sonra onunla virtual duet oxumaq var imiş. Onu da deyim ki, İlhamə xanım sağ olanda bir çox şou əhli onun qarşısında at oynada bilmirdi. Amma indi bəzi şou-biznes nümayəndələrinin ürəyi açılıb. Həmin adamlara demək istəyirəm ki, ixtiyarınız var idisə, sağ olanda nəsə deyərdiniz. Ölünün dalınca pis danışmaq olmaz. Hətta bəziləri İlhamə xanımla miras davasına çıxmağa da cəhd edir. Onun bizə miras qalan mahnılarıdır. Mən İlhamə xanımın bu mirasına illərdir göz dikmişəm. Düşünürəm ki, onun bu musiqi mirası daim bizimlə olacaq. Virtual duet ifa etdiyimizə görə, İlhamə xanımın ruhu şad olacaq. Çünki sağlığında mənlə duet oxumağa razılıq vermişdi".

Qeyd edək ki, "Unuda bilməzsən" adlı bəstənin sözlər Xanım İsmayılqızına, musiqisi Novruz Aslana məxsusdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.