Gəmidə itkin düşən azərbaycanlılardan

Day.Az представляет новость на азербайджанском языке

Liviyaya gedərkən  itkin düşən azərbaycanlıların  radarlar vasitəsilə axtarışına  start verilib. Day.Az bildirir ki, bu barədə anspress-ə məlumat verilib.  Bu axtarışın daha tez nəticə əldə edilməsinə kömək olacaq. Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğu  Liviya istiqamətində hərəkət edən gəmidə itkin düşən dənizçilərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə nota verib. Həmçinin Türkiyə Dəniz administrasiyası və İstanbul valiliyinə də müraciət edilib. Valilikdən büromuza bildiriblər ki, məsələ ilə bağlı şəxsən məşğuldurlar və hadisəni Türkiyə Ədliyyə orqanlarına çatdırıblar.  

Gəminin aid olduğu "Gebze gemiçilik"  şirkəti  isə hələlik məsələ ilə bağlı məlumat verməkdən boyun qaçırır.

Azərbaycanın baş konsulluğunun qarşısına toplaşan dənizçilər itkin düşən yoldaşlarının Liviyada həbs olunacağı ehtimalını da istisna etmirlər. Onların sözlərinə görə, İstanbulun  Tuzla limanından yola çıxan gəmi fevralın 22-də gecə fırtınaya düşdüyü üçün ehtimal ki, Yunanıstanın Apolitara adasının sahilində gecələyib. Əgər gəmi fırtınadan çıxa bilibsə, fevralın 24-də Liviyanın Zuvaro limanına çatmalı idi. Bu bölgədə  isə hazırda toqquşmalar getdiyindən burada dənizçilərin həbs olunmaları qaçılmazdır. 

"Zuvaro bölgəsində müharibə gedir, əgər 3 gün ərzində dənizçilər oraya çatıblarsa, 85% onlar tutulublar. İndi, yəqin, onlar kömək gözləyirlər", - deyə dənizçilərdən Zaur Ağaliyev deyib.

"Zuvaro bölgəsində müharibə gedir, əgər 3 gün ərzində dənizçilər ora çatıblarsa, 85% onlar tutulublar. İndi, yəqin, onlar kömək gözləyirlər", - deyə dənizçilərdən Zaur Ağaliyev deyib.

İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı fevral ayının 20-də Liviyaya gəmi aparmaq üçün yola düşüblər və bir gün ailələrinə zəng vurublar. Dənizçilər müəyyən yol qət etdikdən sonra fırtınaya düşdüklərini deyiblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur. Onlar "Gebze Denizçilik" adlı şirkətlə əməkdaşlıq ediblər və şirkətə məxsus "Kalkanlar 1" adlı gəmini Liviyaya aparıb orada əvvəlcədən təyin edilmiş şəxsə təhvil vermək barədə razılığa gəliblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.