Oğurlanan qızıllara görə xalq artistinə 4 min ödəndi

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Rəmiş bir müddət əvvəl açıqlama verərək, yaxın dostunun onun qızıllarını oğurladığını iddia etmişdi. 

Axşam.az-ın məlumatına görə, gitara ifaçısının xanımı Gülü "Bizimləsən" verilişində onlara qızılların əvəzində pul ödəndiyini bildirib:

"Çıxıb efirdə qızıllarıma dəmir deyirdi. Əgər o dəmir idisə, niyə mənə 4 min manat ödədi? Efirə çıxıb yalan danışmaq lazım deyildi".

Qeyd edək ki, Rəmiş 9 illik dostunun onun qızıllarını götürməsini və səbəblərini açıqlamışdı:

"İrana gedirdik. Gülü evdəki qızılları da yanında götürmüşdü.  Gömrükdən keçəndə çətinlik çəkməmək üçün qızıllarımızı rayonda yaşayan 9 illik yaxın bir dostuma verdik. Elə oldu ki, İrana getmədim, yoldan qayıtdım birbaşa Bakıya. Qızıllar da həmin insanda qaldı. Sonra vermədi. Mənə dedilər ki, "Qızıllarınızı oğurlayıblar. Polisə şikayət etməyəcəm, yaxınlarımı şöbəyə çağırarlar". Gah dedi, mənim 20 minlik qızılımı oğurlayıblar, gah da dedi, pulunu verəcəm. Əvvəlcə demişdi ki, pulu nə qədərdirsə, özüm ödəyəcəm. Sonra zənglərimizə cavab vermədi. İndi polisə şikayət etmişik".

Qızılları götürdüyü iddia olunan Rüfət Hüseynov adlı şəxs onların qızıl yox, saxta dəmir olduğunu bildirmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.