Əməkdar artistin oğlu qəzaya düşdü - YENİLƏNİB

12 марта 2016 18:00 комментариев

Day.Az представляет новость на азербайджанском языке

----------
18:00

Günorta saatlarında əməkdar artistNatiq Şirinovun Nobel prospektində qəza törətməsi xəbərinə aydınlıq gəlib.

Xətai Rayon Dövlət Yol Polisinin növbətçi hissəsindən primetime.az-a verilən məlumata görə, avtomobil əməkdar artistə məxsus olsa da, həmin an sükan arxasında onun oğlu Ümid əyləşib. İdarəetməni itirən Ümid, maşını prospektdəki hasarlardan birinə çırpıb. Xəsarət alan olmadığından, dəymiş maddi zərər sığorta şirkəti tərəfindən araşdırılacaq. Əməkdaşımızın telefon zənginə cavab verən sənətçi israrla avtomobilinin qəzaya uğramadığını desə də, onun bu dedikləri öz təsdiqini tapmadı.

----------
16:45

Natiq Şirinov qəzaya düşdü.

Day.Az primetime.az-a istinadən xəbər verir ki, Azərbaycanın əməkdar artisti bir neçə dəqiqə bundan əvvəl şəxsi avtomobili ilə qəza törədib.  Hadisə Nobel prospektində baş verib. Şahidlərin verdikləri məlumata görə, avtomobil möhkəm əzilsə də, "Natiq ritm qrupu" rəhbərinə heç bir xəsarət toxunmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.