Qubada ağır qəza: 2 ölü

12 марта 2016 20:32

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün axşam saatlarında Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Quba -Xınalıq yolunun 34 -cü km -də, Qırızdəhnə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən "Niva" markalı maşın yoldan çıxaraq çaya düşüb. Qəza nəticəsində maşında olan iki nəfər dünyasını dəyişib, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs  1992 -ci il təvəllüdlü Məlikov Elvin Məzahir oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.