Xınalıq kəndinə gedən yolda dəhşətli qəza: ölənlər var

13 марта 2016 11:16 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

APA -nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba -Xınalıq yolunun 34 -cü km -də, Qırızdəhnə kəndi ərazisində qeydə alınıb. İdarəetməni itirən "Niva" markalı maşın yoldan çıxaraq çaya düşüb. Qəza nəticəsində maşında olan iki nəfər dünyasını dəyişib, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs  1992 -ci il təvəllüdlü Məlikov Elvin Məzahir oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.