Türkiyə üçün böyük təhlükə: 10 terror təşkilatı birləşdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə qanunsuz fəaliyyət göstərən 10 terror təşkilatı birləşib.

APA-nın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün PKK terror təşkilatının rəhbərliyində təmsil olunan Duran Kalkan Qandildəki terrorçu düşərgədə keçirilən toplantıdan sonra açıqlayıb.

D. Kalkan PKK, Marksist Leninist Kommunist Partiyası (MLKP), Türkiyə Kommunist Partiyası/Marksist Leninist Harəkatı (TKP/ML), İnqilabçı Kommunist Partiyası (DKP), Maoist Kommunist Partiyası (MKP), Türkiyə Kommunist Əmək Partiyası - Leninist (TKEP-L), Türkiyə Qiyamçı Kommunist Birliyi (TİKB), Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi / Marksist Leninist Silahlı Təbliğat Birliyi(THKP-C/MLSPB) və İnqilabçı Qərargah Təşkilatının birləşərək "Xalqların Birləşmiş İnqilab Hərəkatı"nı qurduqlarını bildirib. Bu təşkilatların təmsilçiləri bundan sonra birlikdə hərəkət edəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.