Yasamalda civə həyəcanı

13 марта 2016 17:48 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Day.Az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 15:30-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.