Lənkəranda ağır qəza: 4 nəfər yaralandı
Day.Az представляет новость на азербайджанском языке
Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə martın 13-də saat 16.30 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "BMW" markalı, 10-TV-358 dövlət nömrə nişanlı minik avtomobili "Volkswagen Passat" markalı, 07-BF-192 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyləri ilə hər iki avtomobildən 4 yaralı çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təhvil verilib.
Hazırda qəza yerində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре