Azərbaycanlı gəmiçilər Yunanıstanda axtarılır

Day.Az представляет новость на азербайджанском языке

Artıq bir aya yaxındır ki, Egey dənizinin sularında itkin düşən 3 azərbaycanlı dənizçi barədə hələ də bir xəbər yoxdur. İtkin dənizçilərdən biri, 25 yaşlı Mövlud Rəşidbəylidir. Valideynləri Mövludun dənizçilik akademiyasını bitirdiyini və bu günə qədər heç bir yerdə işləmədiyini deyir. Fevralda "Gediz" dənizçilik şirkəti ilə 6 aylıq müqavilə imzalayan Mövlud, Türkiyəyə yola düşür. Atası deyir ki, axırıncı dəfə oğlu ilə fevralın 20-sində telefonla danışıb və Mövlud dənizə çıxdıqlarını, yalnız 3 gündən sonra, sahilə çıxan kimi yenidən əlaqə saxlayacağını deyib. Lakin o gün-bu gün oğlundan heç bir xəbər yoxdur. 3 aylıq körpəsi olan dənizçi haqqında məlumatı valideynləri yalnız ANS telekanalından aldığını, digər qurumlardan isə onlara heç bir xəbər verilmədiyini  deyir.

Day.Az anspress-ə istinadən bildirir ki, itkin düşən azərbaycanlı dənizçilərin də olduğu "Kalkanlar-1" gəmisinin məxsus olduğu "Gediz" gəmiçilik şirkəti axtarışların həm Türkiyə, həm də qonşu ölkələrin sularında davam etdirildiyini deyir. Şirkətdən verilən məlumata görə, bununla bağlı bütün dünya limanlarına və sahil mühafizə xidmətlərinə artıq məlumat verilib.

Ölkəmizin Türkiyədəki səfirliyinin məsələ ilə bağlı müraciəti əsasında, Türkiyə Sahil Mühafizə Xidmətinə radarlar və sputniklə izləmələrin həyata keçirilməsi üçün tapşırıq verildiyini deyir.


Liviyaya gəmi aparan azərbaycanlılardan xəbər yoxdur
Qeyd edək ki, Azərbaycanın Ankaradaki səfirliyi ve İstanbuldaki baş konsulluğu itkin duşən dənizçilərlə bağlı Türkiyə xarici islər nazirliyinə nota da verib. Həm "Gediz" gəmiçilik şirkəti, həm də Azərbaycanın Türkiyədəki səfirliyi gəminin Yunanıstan sularında olduğunu iddia edir. Məsələ ilə əlaqədar Azərbaycanın Yunanıstandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin baş konsulu Samir Məmmədov gəminin axtarışları ilə əlaqədar Yunanıstan xarici işlər nazirliyinə rəsmi müraciət ünvanladıqlarını deyir.  

Yunanıstanın xarici işlər nazirliyi ilə də əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, dünən nazirliyə rəsmi müraciət daxil olub və bu istiqamətdə işlər aparılacaq. Görülən işlərin nəticəsi isə Yunanıstanın Azərbaycandakı səfirliyinə bildiriləcək.

Xatırladaq ki, itkin düşən "Gediz" gəmiçilik şirkətinin "Kalkanlar-1" gəmisi 20 fevralda İstanbulun Tuzla sahilindən Liviyaya Tripoliye yola düşüblər. Məlumata görə 3 nəfəri azərbaycanləı olan 4 neferlik heyet   gəmini Liviyada tehvil verdikdən sonra təyyarə ile İstanbula geri qayıtmalıydılar. Ən son məlumat isə 22 fevralda dənizçi Fərid Əliyevdən alınıb. O, öz qardaşı ilə danışaraq güclü qasırğaya düşdüklərini və ölümdən döndüklərini söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.