NATO Azərbaycanın ərazi bütövlüyünü DƏSTƏKLƏYİR

18 марта 2016 08:31

Day.Az представляет новость на азербайджанском языке

NATO Dağlıq Qarabağda münaqişə tərəflərini siyasi iradə göstərməyə və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Day.Az bildirir ki, bu barədə AzadlıqRadiosu erməni xidmətinin təşkilatın baş katibi Jens Stoltenberqə göndərdiyi yazılı məktuba cavabında bildirilir.

Stoltenberg cavabında tərəfləri əməli mövqe tutmağa çağırır: "Müttəfiqlər üçün bu cür uzanan münaqişələr xüsusi narahatlıq doğurur.

Biz Qafqaz regionunda avroatlantik təhlükəsizliyinin əsas elementlərindən biri kimi sülh və sabitlik istəyirik.

Biz region ölkələri ilə siyasi və praktik aspektlərdə əməkdaşlığı davam etdirəcəyik",deyə məktubda bildirilir.

NATO rəhbəri qeyd edir ki, bu münaqişə təkcə narahatlıq doğurmur, avroatlantik cəmiyyətinin üzvləri kimi, region xalqlarının öz imkanlarını açmasını əngəlləyir.

Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı suala gəldikdə isə Alyans rəhbəri bildirib ki, onlar bu danışıqlarda iştirak etməsələr də prosesdə maraqlıdılar və NATO bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.