Türkiyədə yük avtomobili partladıldı - FOTO

19 марта 2016 10:27 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Adana şəhərinin Pınar məhəlləsində TIR tipli yük avtomobilində güclü partlayış baş verib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, terror aktının baş verməsindən şübhələnən yerli sakinlər evlərindən küçəyə axışıblar.

Hadisə yerinə xeyli sayda polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Lakin sonradan müəyyən edilib ki, partlayış terror aktı deyil, sadəcə olaraq, avtomobilin nasazlığından irəli gələn problem üzündən baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.