Yevlaxda 86 yaşlı qadının qatili ələ keçdi

20 марта 2016 15:12 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Yevlax rayonunda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb. 

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, martın 14-də rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 86 yaşlı Nəsibova Maral Qara qızının meyiti tapılıb. 

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayətin Kəlbəcər rayonundan olan məcburi köçkün Aqil İsmayılov tərəfindən törədildiyi məlum olub. O, həbs edilib.

Aqil İsmayılov yaşlı qadını qətlə yetirəndən sonra evi qarət edib. 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.