İstanbuldakı partlayışı bu şəxs törədib

Day.Az представляет новость на азербайджанском языке.

Dünən İstanbulun mərkəzindəki İstiklal Caddesində terror aktı törədən "canlı bomba"nın Qaziantəp sakini Mehmet Öztürk olduğu dəqiqləşib.

Milli.Az AHT-yə istinadən bildirir ki, terrorçunun qalıqlarının DNT testi bunu sübut edib.
Mehmet Öztürkün qardaşı və atası saxlanılıb.

Partlayışdan sonra müşahidə kameralarındakı görüntüdə "canlı bomba"nın kimliyini araşdıran polis bu şəxsin İŞİD-ə qatıldığı və terror fəaliyyətində şübhəli bilinən Mehmet Öztürk ola biləcəyini ehtimal etmişdi.

Partlayışdan bir neçə saniyə əvvəl Taksim meydanında kameralara düşən Mehmet Öztürkün fotoları Qaziantəpdə yaşayan, fəhlə işləyən atasına göstərilib. Ata da fotodakı şəxsin uzun müddətdən bəri yoxa çıxan, Suriyada olduğunu düşündüyü oğluna bənzətdiyini söyləyib.
Bundan sonra Mehmet Öztürkün atasından qan, tük və selik nümunələri götürülüb, İstiklal Caddesində özünü partlatmış "canlı bomba"nın qalıqları ilə tutuşdurulub.

DNT testləri nümunələrin bənzər olduğunu göstərib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.