"Sınıq Körpü"də sıxlıq aradan qalxdı

Day.Az представляет новость на азербайджанском языке.

Dövlət Gömrük Komitəsi "Sınıq Körpü"dəki sıxlıq məsələsinə aydınlıq gətirib.
Milli.Az DGK-nın açıqlamasına istinadən bildirir ki, martın 20-də bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Respublikası ilə sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayındakı kəskin artım martın 20-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin"Sınıq Körpü" gömrük postunda qısamüddətli nisbi sıxlığın yaranmasına səbəb olub. Gömrük orqanlarının dərhal həyata keçirdiyi tədbirlər nəticəsində cüzi sıxlıq aradan qaldırılıb.

Hazırda gömrük keçid məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, maneəsiz keçidi tam təmin olunub və hər hansı sıxlıq müşahidə olunmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.