İstanbulda bomba təlaşı

Day.Az представляет новость на азербайджанском языке.

VİP terminalın önündəki açıq dayanacaqda saxlanmış şübhəli avtomobil polisin diqqətini çəkib.

Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanında VİP terminalın önündəki avtomobil dayanacağında saxlanmış şübhəli avtomobil böyük çaxnaşmaya səbəb olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, avtomobildə mütəxəssislər itlərin iştirakı ilə axtarış aparıblar.

VİP terminalın önündəki açıq dayanacaqda saxlanmış şübhəli avtomobil polisin diqqətini çəkib. Avtomobilin polisə verilən gizli məlumatda göstərilən bütün əlamətlərə uyğun gəlməsi çaxnaşmaya səbəb olub.

Bu barədə verilən məlumata görə, VİP terminalın önündəki açıq dayanacaqda saxlanmış şübhəli avtomobil polisin diqqətini çəkib. Avtomobilin polisə verilən gizli məlumatda göstərilən bütün əlamətlərə uyğun gəlməsi çaxnaşmaya səbəb olub.

Əraziyə dərhal bombanın məhvi üçün mütəxəssislər, xilasetmə və təcili yardım qrupları sövq edilib. Polis tərəfindən avtomobilin kapotu və qapıları açılıb, xüsusi təyinatlı köpəklərlə bomba axtarışına başlanıb.  

Amma avtomobildə bombaya rast gəlinməyib. Amma araşdırma axtarış aparılan avtomobilin 2015-ci ildə Vanda oğurlandığını ortaya çıxarıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.