Azərbaycanda ağır qəza: ölən və yaralanan var

20 марта 2016 22:06

Day.Az представляет новость на азербайджанском языке:

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası  baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Bakı şəhər sakini Həşim Ələddin oğlu Həşimovun idarə etdiyi "KİA" markalı mink avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və  beton dirəyə çırpılıb. Güclü zərbədən sürücü daxil olmaqla  avtomobilin sərnişinləri Tələt Ağayev və  Fərhad Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Yaralılara müvafiq tibbi yardım göstərilib, lakin onlardan  Fərhad Mirzəyev bir müddət sonra dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.  
 
İlkin versiya kimi qəzanın avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın verəcəyi yekun rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılr.