Yeni teraktların qarşısı alındı

21 марта 2016 00:00

Day.Az представляет новость на азербайджанском языке:

Ötən ilin noyabrında Parisdə bir neçə teraktın həyvata keçirilməsində suçlanan Saleh Əbdesalam Belçikada polisə ifadə verməyə başlayıb.

Milli.Az EFE-yə istinadən bildirir ki, Fransanın baş prokuroru Fransua Molinin dediyinə görə, Əbdesalam "Stade de France" stadionunun yaxınlığında özünü partlatmaq istəyib, amma sonra fikrini dəyişib.

"Bu adamın ifadələrinə şübhə ilə yanaşmaq gərəkdir. Lakin onun yaxalanması Parisdəki teraktların araşdırılması istiqamətində ciddi irəliləyişdir", - Molin deyib.
Əbdesalamın vəkili Sven Marinin dediyinə görə, Belçikanın hakimiyyət dairələrinin onun müvəkkilini Fransaya ekstradisiya etmək niyyətinə qarşı mübarizə aparacaq.

Bundan başqa, Mari Fransa prokurorunu məhkəməyə vermək niyyətindədir: "O, müvəkkilimlə bağlı konfidensial məlumatları açıqlayıb. Prokurorun dedikləri yanlışlıqdır və bu səhvi cəzasız qoymaq niyyətində deyiləm".
Saleh Abedsalam isə istintaq zamanı bildirib ki, Brüsseldə yeni teraktlar hazırlayırmış.

Belçikanın XİN başçısı Didye Reyndersin dediyinə görə, Əbdesalamın sözlərini ciddi qəbul edirlər: "Çünki Parisdəki teraktlardan sonrakı ilkin araşdırmalar zamanı çoxlu silah aşkarlandı. Brüsseldə Əbdesalamla bağlı insanlardan ibarət şəbəkə üzə çıxarıldı".
Hazırda Brügge şəhərində çox ciddi mühafizə olunan polis idarəsində saxlanan Saleh Əbdesalam martın 23-də məhkəməyə çıxarılacaq. O, terrorçuluqda suçlanıb. S.Əbdesalamın Fransaya ekstradisiyası gözlənilir.

S.Əbdesalam martın 18-də Brüsseldə keçirilən əməliyyat zamanı Münir Əhməd Əlaaj adlı şəxslə tutulub.
Polisdən verilən məlumata görə, S.Əbdesalam ötən ilin noyabrında Parisdə "canlı bomba"ları Renault Clio avtomobili ilə daşıyıb.