Türkiyədə otellər bağlanır

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin turizm bazarı Ankara və İstanbulda baş verən partlyışlar və Moskva ilə körlanan münasibətrlər fonunda zəifləyir.
Milli.Az anspress-ə istinadən bildirir ki, Türkiyəyə yay turlarının satış həcmində 40% geriləmə müşahidə olunur. Nəticədə mehmanxanaların bronlaşdırılması iki dəfə aşağı düşüb, yüzlərlə otel və kiçik mehmanxana satışa çıxarılıb. Hökümətin məlumatına görə, Türkiyə ÜDM-nin 4 %-nı turizm sektoru təşkil edir. Bu sahədə 1 milyon insan və ya əhalinin iş qabiliyyətli hissəsinin 7% çalışır.

2001-2014-cü illərdə Türkiyədə turizm gəlirləri 3 dəfə artaraq rekord məbləğə - 34,3 milyard ABŞ dollarına çatıb. 2012-ci ildə İstanbul dünyanın top 5 turistik istiqamətinə daxil olub. Lakin ötən il 2010-cu ildən bəri ilk dəfə olaraq turizm gəlirləri 8%-dək düşürək 31,5 milyard dollar təşkil edib. Bu ilin yanvarında gəlirlər daha sürətlə düşüb və azalma 19%-ə bərabər olub.
Eyni zamanda Rusiyanın turizm sahəsi iki prioritet istiqamətdən, Türkiyə və Misirdən məhrum olub. Hər il bu ölkələrə rus turistlərinin 40% üz tuturdu.

Moskva və Ankaranın münasibətləri ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus hərbi helikopterini vurmasından sonra gərginləşib. O zaman rus pilotlarından biri həlak olub.

Buna cavab olaraq Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Rusiay prezidenti Vladimir Putinin sərəncamı ilə bir sıra türk məhsullarının Rusiyaya gətirilməsi qadağan edilib, ölkədə türk şirkətlərinin fəaliyyəti mədudlaşdırılıb, çarter reysləri ləğv edilib. Bundan əlavə rus turoperatorların Türkiyəyə tur satmaq tövsiyyə olunmur.

Bir müddət əvvəl Türkiyənin turizm nazirliyi elan edib ki, ilin ilk ayında Türkiyəyə gələn rus turistlərinin sayı kəskin azalıb. Bu rəqəm 22 106 təşkil edir ki bu da ötən ilin eyni tarixi ilə müqayisədə  56,7 % azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.