Azərbaycan Avtomobil Federasiyası "Offroad" yürüşü ilə "ASAN məktub" hədiyyələrini Xınalığa çatdırıb - FOTO

21 марта 2016 15:33 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

"ASAN məktub" layihəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Quba rayonunun Xınalıq kəndinə "Offroad" yürüşü təşkil edilib. Yürüşün məqsədi Xınalıq kəndində yaşayan uşaqların www.asanmektub.az saytında yerləşdirilmiş arzularının reallaşdırılması olub.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı ərəfəsində 20-dək "Offroad" avtomobili vasitəsilə həyata keçirilən səfərdə uşaqların "ASAN məktub"a ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırılıb. Uşaqlara, həmçinin kitab aksiyası çərçivəsində toplanmış nəşrlər də təqdim olunub.

Qeyd edək ki, "ASAN məktub" layihəsi vasitəsilə Xınalıq kəndində yaşayan 77 uşağın arzu məktubu qeydə alınıb və www.asanmektub.az saytında yerləşdirilib.

"ASAN Könüllüləri" Təşkilatı "ASAN məktub" layihəsinə 2015-ci ilin noyabr ayında start verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.