Bakıda 5 nəfər liftdə qaldı

22 марта 2016 09:53 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyi liftdə qalanları xilas edib.

Day.Az FHN-in saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.