Ağstafada ağır qəza

Day.Az представляет новость на азербайджанском языке

Ağstafada sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report-a istinadən bildirir ki, qəza 1983-cü il təvəllüdlü yerli sakin Namaz Əkbərovun idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində qeydə alınıb.

Güclü zərbənin təsirindən bir neçə metr kənara düşən sürücü ağır bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, kəllə-beyin travması alan N.Əkbərovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.