Azərbaycanlı aktrisadan İstanbul terroruna fərqli münasibət - FOTO

22 марта 2016 11:44 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Keçən həftə İstanbulun mərkəzində baş verən terror hadisəsi məşhurların da İnstaqram paylaşımlarında özünü göstərib.

Milli.Az-ın məlumatına görə, əslən azərbaycanlı olan Türkiyənin məşhur aktrisası Nəsrin Cavadzadənin paylaşımı isə bu ölkənin mətbuatında daha çox təqdir edilib. Media "hökumət əleyhinə açıqlamaları ilə qorxu içində olan xalqı bir az da təşvişə salanların əksinə Nəsrin fərqləndi" yazıb.

O, yorğun görünən bir fotosunu paylaşaraq "Məmləkət kimi halım..." yazıb. İstifadəçilər aktrisanın bu fotosunu "eynən, yorulmuş, narahat, amma yenə də gözəl" kimi şərh ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.